newsPhoto

Regional miqrasiya idarələri tərəfindən maarifləndirmə tədbirləri keçirilir

Şəki regional miqrasiya idarəsi tərəfindən miqrasiya sahəsindəki yeniliklər, vətəndaşsızlıq hallarının aradan qaldırılması və qanunsuz miqrasiyaya qarşı mübarizə mövzusunda Qax rayonu ictimaiyyət nümayəndələri ilə onlayn görüş keçirilib. Tədbirdə vətəndaşsızlıq hallarının aradan qaldırılması və vətəndaşlığın əldə edilməsi prosedurları, pandemiya dövründə tətbiq olunan güzəştlər, miqrasiya sahəsindəki yeniliklər və qanunsuz miqrasiyaya qarşı mübarizə, həmçinin 15 iyun tarixində imzalanmış Şuşa Bəyannaməsinin mahiyyəti mövzusunda çıxışlar edilib. Tarixi bəyannamənin bəndləri iştrakçıların diqqətinə çatdırılıb.

“Pandemiya dövründə miqrasiya prosesləri: İşəgötürənlər və əməkçi miqrantların qarşılıqlı hüquq və vəzifələri” mövzusunda onlayn formatda maarifləndirmə tədbiri isə Gəncə regional miqrasiya idarəsi tərəfindən reallaşdırılıb. Gəncə regional miqrasiya idarəsinin xidməti ərazisində fəaliyyət göstərən işəgötürənlərin iştirak etdiyi tədbirdə pandemiya dövründə Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilmiş tədbirlər, göstərilən xidmətlərin daha əlçatan olmasını təmin etmək məqsədilə elektron xidmətlərin sayının artırılması və yenilənməsi, tətbiq olunmuş güzəştlər barədə ətraflı məlumat verilib.

Yevlax Regional miqrasiya idarəsi və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Şuşa Bəyannaməsi miqrasiya kontekstində” mövzusunda seminar təşkil olunub. Tədbirdə Azərbaycanın mədəniyyət paytaxtında iki qardaş ölkə arasında imzalanmış Şuşa Bəyannaməsinin regionda sülhə, təhlükəsizliyə, sabitliyə və tərəqqiyə töhfəsindən, tarixi, iqtisadi və siyasi əhəmiyyətindən söhbət açılıb. Azərbaycan və Türkiyə arasında formalaşan keyfiyyətcə yeni müttəfiqlik münasibətləri, işğaldan azad olunmuş ərazilərdə miqrasiya proseslərinin tənzimlənməsi perspektivləri barədə ətraflı məlumat verib.

Mingəçevir Dövlət Universitetinin müəllim və tələbə heyəti ilə həmçinin “Şuşa Bəyannaməsi” və miqrasiya qanunvericiliyi barəsində onlayn  maarifləndirmə tədbiri  keçirilib.

Keçirilən tədbirlər zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur