newsPhoto

Rusiya Federasiyasında əcnəbi və vətəndaşlığı olmayan şəxslərə tətbiq edilmiş güzəştlərin müddəti uzadılmışdır

Azərbaycan Respublikası vətəndaşlarının daha çox səfər etdikləri və yaşadıqları ölkələrdən olan Rusiya Federasiyasında pandemiya dövrünün tələblərindən irəli gələrək miqrantlarla bağlı tətbiq edilmiş bir sıra güzəştlərin müddəti Rusiya Federasiyası Prezidentinin 15 iyun 2021-ci il tarixli  “Yeni növ koronavirus infeksiyasının sonrakı yayılma təhlükəsi ilə əlaqədar olaraq Rusiya Federasiyasındakı xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyətinin tənzimlənməsinə dair müvəqqəti tədbirlər haqqında” Fərmanına əsasən uzadılmışdır. 

Adıçəkilən Fərmana uyğun olaraq, Rusiya Federasiyasında olan və yaşayan, miqrasiya qanunvericiliyi baxımından sənədlərinin müddət axımı dayanan və ya sənədləri qaydasında olmayan Azərbaycan Respublikası vətəndaşlarının hüquqi statuslarının 30 sentyabr 2021-ci il tarixədək leqallaşdırması tövsiyə olunur.

Qeyd edilməlidir ki, Rusiya Federasiyasından çıxarılmalı olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin, o cümlədən Azərbaycan Respublikası vətəndaşlarının həmin ölkədən  çıxarılması ilə bağlı qoyulan tələbin müddəti 30 sentyabr 2021-ci il tarixədək uzadılmışdır (fərmanda verilmiş istisnalar xaricində).

Eyni zamanda, bildiririk ki, patent əsasında Rusiya Federasiyasında əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşları 31 dekabr 2021-ci il tarixədək bəyan edilmiş məqsədlərindən asılı olmayaraq  müvafiq sənədin alınması (uzadılması) üçün Rusiya Federasiyasının müvafiq orqanına müraciət etmək hüququna malikdirlər.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur