newsPhoto

“Miqrasiya məktəbi-3” layihəsində növbəti təlim keçirilib

Dövlət Miqrasiya Xidmətinin “Miqrasiya Məktəbi-3” layihəsi çərçivəsində növbəti onlayn təlim “Azerlex Group” MMC-nin direktoru, Beynəlxalq Fasilatatorlar Assosiasiyasının üzvü və Azərbaycan Respublikasındakı nümayəndəliyinin sədri Anar Həsənov tərəfindən “Ünsiyyət bacarıqları” mövzusunda keçirilib.

Təlim çərçivəsində iştirakçılara nitq mədəniyyəti, nitq vərdişlərinin inkişafı, verbal ünsiyyətin əsas göstəriciləri, ünsiyyət zamanı davranış mədəniyyəti, dinləmə və izahetmə bacarıqları mövzularında ətraflı məlumat verilib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur