newsPhoto

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuraya seçkilər keçiriləcək

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuraya namizədlərin qeydə alınması prosesi başa çatıb.

İctimai Şuraya seçkilər vətəndaş cəmiyyəti institutlarının birgə yığıncağında 06.07.2021-ci il tarixdə saat 10:00-dan 16:00-dək Xidmətin inzibati binasında (Bakı şəhəri, Binəqədi rayonu, 3123-cü məhəllə, Binəqədi şossesi 202 ünvanında) gizli səsvermə yolu ilə seçiləcəkdir. 

Birgə yığıncaqda təmsilçisinin iştirak etməsini istəyən vətəndaş cəmiyyəti institutları seçkidə seçici qismində iştirak edəcək nümayəndə barədə zəruri məlumatları (soyadı, adı, atasının adı, təvəllüdü, yaşayış yeri, əlaqə telefonları) göstərməklə, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuraya seçkilərin təşkilini həyata keçirən Seçki Komissiyasına müraciət etməlidir. Məlumatlar 25.06.2021-ci il tarixinədək iş günləri saat 09:00-dan 18:00-dək Dövlət Miqrasiya Xidmətinə şəxsən və ya info@migration.gov.az elektron poçtu vasitəsilə təqdim oluna bilər. İctimai Şuraya namizəd irəli sürməyən vətəndaş cəmiyyəti institutları da İctimai Şuranın üzvlərinin seçilməsində iştirak edə bilər.

 

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şura üzvlüyünə namizədliyi qeydə alınmış Azərbaycan Respublikası vətəndaşlarının

 

Siyahısı

  1. Ağalarlı Müşfiq Atamoğlan oğlu
  2. Sadıqov Mirfətta İsmayıl oğlu
  3. Həsənov Samir Akif oğlu
  4. Vəliyev Asim Nazimoviç, “Gənclərin töhfəsi” ictimai birliyi
  5. Əliyev Vüsal Yusif oğlu, “Sabaha inam” sosial inkişaf ictimai birliyi
  6. Kazımov Aqil Qədim oğlu, “Əlil Sahibkarlar Təşkilatı” ictimai birliyi
  7. Əliyev Emin Fazil oğlu, “Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları” ictimai birliyi
  8. Kərimova Səbinə Aqil qızı, “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” ictimai birliyi
  9. Rəhmanlı Şahin Elman oğlu, “İrəli” ictimai birliyi
  10. Şirinov Elçin Vaqif oğlu, İşgəncələrə Qarşı Azərbaycan Komitəsi
  11. Kərimova Lamiyə Ağa qızı, Psixososial Reabilitasiya və İnkişaf ictimai birliyi
  12. Məmmədov Kazım Eldar oğlu, “Gələcək” intellektual inkişafa yardım ictimai birliyi
  13. Əsgərov Fuad Füzuli oğlu, “Qan Donarları Assosiasiyası” ictimai birliyi
  14. Fətullayev Vidadi Bayram oğlu, “Miqrasiya Sahəsinin İnkişafı” ictimai birliyi
  15. Əliyev Şəmsəddin Mənsur oğlu, “Polisə Dəstək” ictimai birliyi
  16. Kətanov Məmməd Teymur oğlu, Azərbaycan Qızıl Aypara Cəmiyyəti
  17. Haşımova Aydan Bəhərçin qızı, “Miqrasiya Könüllüsü” ictimai birliyi
  18. Quliyeva Nigar Qələbə qızı
  19. Dadaşova Şərqiyyə Ənvər qızı, “Regional Gender Mərkəzi” ictimai birliyi
  20. Mehtiyeva Rahilə İbrahim qızı, “Sosial-İqtisadi və Ekoloji İnkişaf” ictimai birliyi
  21. Niftalı Habil Abid oğlu, “Optimist” Sosial Problemlərin Həllinə Yardım ictimai birliyi
  22. Allahverənov Azər Kərim oğlu, “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” ictimai birliyi
  23. Səfərova Zəminə Yediyar qızı, “İnkişaf və Rifah Naminə” ictimai birliyi
  24. Vəliyeva Fəridə Talıb qızı, “Miqrasiya Proseslərinin Tədqiqi” ictimai birliyi
  25. Ağayeva Zenfira Hüseyn qızı, “Sahibkar Qadınlar” ictimai birliyi
  26. Məmmədova Kəmalə Natiq qızı, İnjuria hüquq jurnalı
  27. Gül Ətrabə Bayram qızı, “Azərbaycan Qadınları Respublika Cəmiyyəti” ictimai birliyi
  28. Mustafayeva Samirə Vəli qızı, “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi ictimai birliyi
  29. Nağıyev Elşən Raqub oğlu, “Vətəndaş Təşəbbüsləri və İctimai Maarifləndirmə” ictimai birliyi