Dövlət Miqrasiya Xidmətində 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Dövlət Miqrasiya Xidməti tərəfindən ölkəmizdə qaçqın statusu almış və bu məqsədlə müraciət etmiş şəxslərin azyaşlı uşaqları üçün bayram tədbiri təşkil edilib.
Uşaqlar əvvəlcə “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu”na ekskursiya ediblər. Onlara qədim sivilizasiyaların oda sitayişi, Qoruğun tarixi barədə ətraflı məlumat verilib.
Daha sonra azyaşlılar “AİDA” uşaq əyləncə mərkəzində xoş vaxt keçiriblər. Valideynləri ilə birgə Dövlət Miqrasiya Xidmətinin əməkdaşları ilə nahar ediblər. Sonda uşaqlara Dövlət Miqrasiya Xidməti tərəfindən müxtəlif hədiyyələr, kitablar təqdim olunub.