newsPhoto

BMT-nin Azərbaycanda Miqrasiya üzrə Şəbəkəsinin növbəti görüşü keçirilib

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynovun, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İsakzainin, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Georgiyevin, həmçinin BMT sisteminə daxil olan təşkilatların, Azərbaycan Respublikasının müvafiq qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə BMT-nin Azərbaycan Respublikasında yaradılmış Miqrasiya üzrə Şəbəkəsinin videokonfrans formatında növbəti görüşü keçirilib.

Tədbirdə çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov BMT-nin Azərbaycanda Miqrasiya üzrə Şəbəkəsinin yaradılmasının əsasını təşkil edən “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt” çərçivəsində Azərbaycan Respublikası Hökuməti tərəfindən görülmüş işlər barədə məlumat verib, Şəbəkə ilə əməkdaşlığa dair gözləntilərini bölüşüb.  

Görüş zamanı BMT və Azərbaycan Respublikası arasında imzalanmış “Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi”nə uyğun olaraq gələcək əməkdaşlıq və birgə təşəbbüslər ətrafında müzakirələr aparılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur