Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

“Miqrasiya Məktəbi-3” layihəsinin iştirakçıları DMX-nin bir sıra struktur bölmələri ilə tanış olublar

Dövlət Miqrasiya Xidmətinin “Miqrasiya Məktəbi-3” layihəsi çərçivəsində təlimlər davam etdirilir. Növbəti təlim “Dövlət Miqrasiya Xidmətinə müraciət edən şəxslərin qəbulu və onların müraciətlərinə baxılma qaydası”, “Çağrı mərkəzində işin təşkili” və “Qanunsuz miqrantların saxlanılması mərkəzlərinin fəaliyyəti” mövzularında reallaşıb. İştirakçılar Vətəndaşların qəbulu və müraciətlərinə baxılması, Çağrı mərkəzi və Bakı şəhər qanunsuz miqrantların saxlanılması mərkəzinin fəaliyyəti ilə tanış olublar. Onlara müvafiq struktur bölmələrin iş prinsipləri, fəaliyyət istiqamətləri, yazılı və elektron müraciətlərin qəbulu, qeydiyyatı, onlara baxılması qaydası barədə məlumat verilib. Həmçinin Çağrı mərkəzində işin təşkili, bütün xidmət növlərinin əlçatanlığı, daxil olan sualların operativ cavablandırılmasının təmin edilməsi istiqamətində görülən işlər izah edilib. Bakı şəhər qanunsuz miqrantların saxlanılması mərkəzində isə iştirakçılar yaradılan şərait, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri barədə məlumatlandırılıblar.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti