newsPhoto

“Miqrasiya Könüllüsü” İctimai Birliyi və “For Azerbaijan” Təşkilatı arasında anlaşma memorandumu imzalanıb

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Beynəlxalq Valyuta Fondu sədrinin baş müşaviri, “For Azerbaijan” Təşkilatının sədri Samir Süleymanovla görüşüb.  Tədbirdə “For Azerbaijan” Təşkilatının gördüyü işlər barədə fikir mübadiləsi aparılıb, “Miqrasiya Könüllüsü” İctimai Birliyi ilə birgə həyata keçiriləcək mühüm layihələrdən söhbət açılıb.

Daha sonra “Miqrasiya Könüllüsü” İctimai Birliyi ilə “For Azerbaijan” Təşkilatı arasında anlaşma memorandumu imzalanıb. Sənəd qarşılıqlı əməkdaşlıq çərçivəsində birgə layihə və tədbirlərin təşkili, ictimai əhəmiyyətli təşəbbüslərin dəstəklənməsi və s. nəzərdə tutur.

Tədbir çərçivəsində Samir Süleymanov “Miqrasiya Könüllüsü” İctimai Birliyinin üzvləri ilə onlayn formatda görüş keçirib, könüllüləri maraqlandıran sualları cavablandırıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur