newsPhoto

Astara və Lənkəranda səyyar xidmətlər təşkil olunub

Astara və Lənkəran rayonlarında mərkəzdən uzaqda yaşayan, o cümlədən ahıl şəxslərə səyyar xidmətlər göstərilib. Lənkəranda yaşayan ABŞ vətəndaşı Roberta Fay Bontrager, Rusiya vətəndaşları Füzuli Səlimov və Qadir Hüseynova, Astara rayonunda isə Ukrayna vətəndaşı Oruc Rzayevə müvəqqəti yaşama icazələri təqdim olunub. Rusiya vətəndaşı Vüqar Əhmədov müvəqqəti olma müddətinin uzadılması barədə qərarı əldə edib. Əcnəbilərə Covid-19 pandemiyası ilə əlaqədar Dövlət Miqrasiya Xidməti tərəfindən elektron müraciətlər sahəsindəki yeniliklər barədə məlumat verilib.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur