Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

“Miqrasiya Könüllüsü” İctimai Birliyi və “FOR AZERBAIJAN” Beynəlxalq Təşkilatının birgə əməkdaşlığı ilə yeni layihəyə start verilib

Müxtəlif beynəlxalq təşkilatlarda çalışan bir qrup vətənpərvər həmyerlimiz tərəfindən aztəminatlı şəhid və qazi ailələrinə, ehtiyacı olan insanlara davamlı dəstək məqsədilə Amerika Birləşmiş Ştatlarında yaradılmış “FOR AZERBAIJAN” təşkilatı Azərbaycanda Miqrasiya könüllüləri ilə partnyorluq fəaliyyətinə başlayıb.

İlk layihə çərçivəsində Miqrasiya Könüllüləri müraciət əsasında bir qrup aztəminatlı şəhid və qazi ailələrinin ehtiyacları ilə tanış olub və həmin ailələrə zəruri ərzaq məhsullarının alınması və çatdırılması istiqamətində köməklik göstəriblər. Təyin edilmiş 12 ailənin layihə boyunca 6 ay müddətində aylıq 300 AZN məbləğində ərzaq təminatı həyata keçiriləcək. Bundan əlavə, həmin şəxslərin məişət avadanlıqları təminatının yaxşılaşdırılması istiqamətində bir sıra birgə fəaliyyət nəzərdə tutulur.

Qeyd edək ki, “Miqrasiya Könüllüsü” İctimai Birliyi ilə tərəfdaş olan “FOR AZERBAIJAN” təşkilatı əsasən xaricdə məskunlaşmış xeyirxah insanların ianələrini cəmləyərək Azəbaycanda ehtiyacları olan ən həssas vətəndaşlara təsirli, şəffaf, dayanıqlı və miqyaslanabilən dəstəyin təminatına xidmət edir.

“FOR AZERBAIJAN” təşkilatının idarə heyətinin sədri Beynəlxalq Valyuta Fondu sədrinin baş müşaviri Samir Süleymanovdur.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti