newsPhoto

Ölkəmizdə qaçqın statusu əsasında yaşayan əcnəbilərin əl işlərindən ibarət sərgi keçirilib

Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 14-cü ildönümü və Novruz bayramı ilə əlaqədar ölkəmizdə qaçqın statusu əsasında yaşayan əcnəbilərin əl işlərindən ibarət sərgi-satış təşkil olunub. Əsas məqsəd yaradıcılığın müxtəlif sahələrində xüsusi istedada malik şəxsləri üzə çıxarmaqdır. Ekspozisiyada rəngarəng toxuculuq məhsulları, gipsdən hazırlanmış heykəltəraşlıq və rəsm nümunələri, saxsı qablar, Novruz atributları yer alıb. Müxtəlif yaş qruplarına məxsus əl işlərinin satış məqsədi yaradıcı əməyin maddi baxımdan stimullaşdırılmasıdır.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur