Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi və miqrasiya sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalamışdır
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Əfqan oğlu Hüseynova II dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilsin.
2. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin aşağıdakı əməkdaşlarına III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilsin:
Nağıyev Habil Sadıx oğlu – Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya nəzarəti baş idarəsinin rəisi
Xudiyev Anar Xudayar oğlu – Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Təşkilat-nəzarət baş idarəsinin rəisi.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 mart 2021-ci il.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
1. Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin aşağıdakı əməkdaşları təltif edilsinlər:
2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Nağıyev Vəli Nağı oğlu
“Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə
Abbaszadə Aygül Nadir qızı
Ağayev Ruslan Rafael oğlu
Əhmədova Zərnişan Ağa qızı
Əkbərov Anar Bəkir oğlu
Hüseynov Fizuli Təvəkkül oğlu
İsayev Nail Mehdiqulu oğlu
Məmmədov Elnur Nizami oğlu
Nuriyev Gəray Həsən oğlu
Sayılov Amil Xubyar oğlu
Seyidova Şəhanə Rizvan qızı.
2. Miqrasiya sahəsində uzunmüddətli fəaliyyətinə və vətəndaş cəmiyyəti institutları ilə dövlət qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsində xidmətlərinə görə Azər Kərim oğlu Allahverənov “Tərəqqi” medalı ilə təltif edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 mart 2021-ci il.