Dövlət Miqrasiya Ximdəti tərəfindən növbəti səyyar xidmət Yevlax və Ağsuda təşkil olunub
Yevlax regional miqrasiya idarəsinin əməkdaşları səhhətindəki çətinlikləri nəzərə alaraq, Yevlax şəhərində yaşayan Ukrayna vətəndaşı Gülqız Salmanovaya evində səyyar xidmət göstəriblər. Ondan “Azərbaycan Respublikası vətəndaşlığına qəbul”la bağlı sənədlər götürülüb.
Daha bir səyyar xidmət Ağsu regional miqrasiya idarəsinin xidməti ərazisinə daxil olan Kürdəmir rayonunda keçirilib. Ağsu Regional Miqrasiya İdarəsinin əməkdaşları Belarus vətəndaşı Gülşad Həşimovaya daimi yaşamaq üçün icazə vəsiqəsini, Şilyan kənd sakini Rusiya vətəndaşı Şücayət Abdurrahmanovaya isə müvəqqəti olma müddətinin uzadılması ilə bağlı qərarı təqdim ediblər.