newsPhoto

Səyyar xidmətlərimiz davam etdirilir

Şirvan regional miqrasiya idarəsinin xidməti ərazisinə daxil olan Sabirabad, Saatlı və Hacıqabul rayonlarında regional idarənin əməkdaşları tərəfindən ahıl, səhhətində problem olan, aztəminatlı və ucqar ərazilərdə yaşayan vətəndaşlara səyyar xidmət göstərilib. Sabirabad şəhəri, Zalqarağac, Çöl Beşdəli, Çiçəkli, Qəzli kəndləri, Saatlı şəhəri, Mir Cəlal kəndi və Hacıqabul şəhərində ümumilikdə 8 ailəyə “Şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi” barədə qərarlar təqdim edilib. 2 nəfərə müvəqqəti, 1-inə isə daimi yaşama icazələrinin alınması ilə bağlı tələb edilən sənədlərin siyahısı verilib. Xidməti ərazidə yaşayan 1 əcnəbiyə miqrasiya qanunvericiliyi izah edilərək ölkə ərazisində yaşamasını leqallaşdırmaq üçün lazımi tövsiyələr edilib. Səyyar xidmət göstərilmiş şəxslərə Covid-19 pandemiyası ilə əlaqədar Dövlət Miqrasiya Xidməti tərəfindən elektron müraciətlər sahəsindəki yeniliklər barədə məlumat verilib, insanların rahatlığı və məmnunluğunun təminatının prioritet istiqamətlərdən olduğu vurğulanıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur