newsPhoto

Dövlət Miqrasiya Xidməti tərəfindən növbəti səyyar xidmət Şəki və Lənkəranda keçirilib

Şəki Regional Miqrasiya İdarəsinin əməkdaşları tərəfindən Şəki rayonunun Daşüz kəndində Gürcüstan vətəndaşı Azadə Şuayevaya yaşadığı ünvanda səyyar xidmət göstərilib. Ondan Azərbaycan Respublikası vətəndaşlığının əldə olunması üçün sənədlər qəbul edilib.
Lənkəran və Cəlilabadda isə rayon mərkəzindən uzaq məsafədə yaşayan ümumilikdə 6 ailədə səyyar xidmət keçirilib. Rusiya vətəndaşları Yavər Aslanovaya müvəqqəti olma müddətinin uzadılması, Şəfaət Tahirovaya və Ukrayna vətəndaşı Güllüxanım Həsənovaya isə “Şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi” ilə bağlı qərar təqdim olunub. Rusiya vətəndaşı Qurbani Balaşovdan isə “Şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi” və müvəqqəti olma müddətinin uzadılması ilə bağlı sənədlər qəbul edilib.
Səyyar xidmət zamanı əcnəbilərə yönələn dövlət siyasəti barədə ətraflı məlumat verilib, elektron xidmətlərdən istifadə qaydaları izah olunub.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur