newsPhoto

Dövlət Miqrasiya Xidmətində Avropa İttifaqı ilə əməkdaşlıq müzakirə olunub

Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Azərbaycan və Avropa İttifaqı arasında gələcək əməkdaşlıq prioritetlərinin müzakirəsi məqsədilə Avropa Xarici Fəaliyyət Xidmətinin, Avropa Komissiyasının Qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə Baş Direktorluğunun və Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin səlahiyyətli şəxslərindən ibarət nümayəndə heyəti ilə video formatda görüş keçirib.

Vüsal Hüseynov Avropa İttifaqının miqrasiya sahəsində Azərbaycanın əsas tərəfdaşlarından biri olduğunu xüsusi vurğulayıb.

Görüşdə Dövlət Miqrasiya Xidməti ilə Avropa İttifaqı arasında əməkdaşlığın əsas perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur