newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov vətəndaşların videoqəbulunu keçirib

Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov tərəfindən vətəndaşların növbəti videoqəbulu keçirilib.

Müraciətlər əsasən müvəqqəti və daimi yaşama icazələrinin verilməsi, işə qəbul və digər məsələlər ilə bağlı olub.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Xidmət rəisi qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun olaraq qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur