Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovun könüllülərlə videokonfrans formatında görüşü keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İslahat Könüllüləri Təşkilatı tərəfindən reallaşan konfrans “Azərbaycan könüllülər hərəkatı: Milli həmrəylik, sosial məsuliyyət və fərdi inkişaf” mövzusuna həsr olunub. Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov könüllülük fəaliyyətinin, gələcəkdə peşəkar kadr hazırlığı istiqamətində təcrübənin toplanılması baxımından əhəmiyyətini vurğulayıb. Bunun həm də kommunikasiya nöqteyi-nəzərindən vacibliyini qeyd edib. Xidmət rəisi, həmçinin Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin işini yüksək qiymətləndirərək, xüsusilə pandemiya dövründə Miqrasiya könüllüləri, eləcə də bir çox könüllülük təşkilatlarının maarifləndirmə tədbirlərində yaxından iştirakına diqqət çəkib.

Videokonfransda Miqrasiya Könüllüləri ilə yanaşı, müxtəlif könüllü təşkilatlarından 100-ə yaxın gənc iştirak edib. Sonda Vüsal Hüseynov könüllülərin suallarını cavablandırıb.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti