Salyan və Neftçalada növbəti səyyar xidmət təşkil edilib
Şirvan regional miqrasiya idarəsi bütün növ müraciətlərin qəbulunu yerində və operativ şəkildə həyata keçirmək məqsədilə Salyan və Neftçalada növbəti səyyar xidmət təşkil edib. Xidmətin imkanlarından 8 nəfər yararlanıb. Onlardan 2-sinə vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması üçün arayış verilib. 1 nəfərdən isə vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sənədlər qəbul edilib. 5 nəfərə vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi, müvəqqəti, həmçinin daimi yaşama icazələrinin alınması məqsədilə tələb olunan sənədlərin siyahısı verilib.