“Miqrasiya məktəbi-2” layihəsi çərçivəsində növbəti təlim keçirilib
Dövlət Miqrasiya Xidmətinin “Miqrasiya Məktəbi-2” layihəsi iştirakçılarına “Əcnəbilərin əmək fəaliyyətinin tənzimlənməsi” və “Miqrasiya barədə məlumat: əsas konseptlər və terminlər, qlobal miqrasiya trendləri” mövzularında təlimlər təşkil edilib.
Təlimçilər - Xidmət əməkdaşları Zaur Hacıyev və İradə Bağırlı miqrasiya prosesləri və bu proseslərin tənzimlənməsi, əmək miqrasiyasının idarə olunması, iş icazələrinin verilməsi qaydaları, qloballaşma dalğasının beynəlxalq əməkdaşlığın inkişafında rolu, eləcə də əlaqələrin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat veriblər.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.