Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

“Hüquq və Gənc Hüquqşünaslar” layihəsinin son günü uğurla başa çatıb

Azərbaycan Respublikasının Gənclər Fondunun 13-cü qrant müsabiqəsinin qalibi, Miqrasiya könüllüsü Əli Mirzəyevin “Hüquq və Gənc Hüquqşünaslar” layihəsinin dördüncü günündə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşı Füzuli Cəbrayıllı “Miqrasiya hüququ” mövzusunda iştirakçılara təlim keçib. Layihə çərçivəsində 4 gün ərzində hüququn müxtəlif sahələri üzrə təlim keçən iştirakçılar sertifikatla təltif olunublar. Təlimlərdə məqsəd gələcək karyerasını hüquq sahəsində qurmaq istəyən gənclər üçün ölkənin tanınmış təlimçilərinin iştirakı ilə bu sahə üzrə müxtəlif mövzuları əhatə edən təlim kursları təşkil etməklə onların bu sahədə müəyyən biliklərə yiyələnməsinə şərait yaratmaqdır. 13 fevral tarixində start götürən təlimlərdə 30 gənc iştirak edib.

Layihə Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, Dövlət Miqrasiya Xidməti, “Miqrasiya Könüllüsü” İctimai Birliyinin təşkilatçılığı ilə reallaşıb.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti