Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

“PR Məktəbi” layihəsinə start verildi

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə, Dövlət Miqrasiya Xidməti və “Miqrasiya Könüllüsü” İctimai Birliyinin təşkilati dəstəyi ilə keçirilən “PR Məktəbi” layihəsinə start verilib.

Layihənin məqsədi İctimaiyyətlə Əlaqələr, Reklamçılıq, Digital marketing kimi əlaqəli sahələrə marağı olan gənclərə nəzəri və praktiki biliklər verməkdən ibarətdir. Layihənin ilk günü keçirilən təlim 2 hissədən ibarət olub. Birinci hissədə biznes məsləhətçi-təlimçi İlham Əfəndiyev iştirakçılara effektiv digital PR haqqında məlumat verib. İkinci hissədə  gənclər qruplara bölünərək təlimçinin tapşırığına əsasən kollektiv işlərini təqdim ediblər. 25 nəfərin iştirak etdiyi təlimlər 13 fevral tarixində başa çatacaq.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti