Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

“Miqrasiya Məktəbi-2” layihəsinin iştirakçıları Qəbul şöbəsi və 919 Çağrı mərkəzinin fəaliyyəti ilə tanış olublar

Dövlət Miqrasiya Xidmətinin “Miqrasiya Məktəbi-2” layihəsi çərçivəsində təlimlər davam etdirilir. Bu silsilədən növbəti təlim “Dövlət Miqrasiya Xidmətinə müraciət edən şəxslərin qəbulu və onların müraciətlərinə baxılma qaydası” mövzusunda təşkil edilib.

Təlim çərçivəsində iştirakçılar Bakı regional miqrasiya idarəsinin Qəbul şöbəsi və 919 Çağrı mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Katibliyin Vətəndaşların qəbulu və müraciətlərinə baxılması şöbəsinin rəisi Könül Cabbarova iş prinsipləri, fəaliyyət istiqamətləri, yazılı müraciətlərin qəbulu, qeydiyyatı, onlara baxılması qaydası və Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin “Çağrı mərkəzi” şöbəsinin rəisi Samirə Cəfərova vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bütün xidmət növləri barədə məlumat ala bilmələri üçün yaradılan şərait, daxil olan sualların operativ cavablandırılmasının təmin edilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat veriblər.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti