newsPhoto

Dövlət Miqrasiya Xidmətinin “Miqrasiya Məktəbi-2” layihəsi uğurla davam edir

Dövlət Miqrasiya Xidmətinin (DMX) həyata keçirdiyi “Miqrasiya Məktəbi-2” layihəsi  çərçivəsində növbəti təlimlər təşkil edilib.

DMX-nın Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəis müavini Kəyan Hacıyev “Azərbaycanın miqrasiya siyasəti”, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT-nin) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Georgiyev isə “Miqrasiyanın idarə edilməsində beynəlxalq təşkilatların rolu” mövzularında təlim keçiblər.

Təlim iştirakçılarına Azərbaycanın miqrasiya siyasəti, BMqT-nin miqrasiya proseslərinin idarə edilməsində rolu, habelə beynəlxalq təşkilatın həyata keçirdiyi tədbirlərə dair ətraflı məlumat verilib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, Dövlət Miqrasiya Xidmətinin “Miqrasiya Məktəbi-2” layihəsi  2019-cu ilin dekabr ayından etibarən həyata keçirilir. 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur