Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Miqrasiya Könüllülərinin 2020-ci il “Könüllülər ili” üçün nəzərdə tutulmuş Tədbirlər Planı təsdiq olundu.

Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, 2020-ci ilin "Könüllülər ili" elan edilməsi ilə əlaqədar  Miqrasiya Könüllüsü İctimai Birliyinin idarə heyəti  ilə görüşüb.

Ötən il Miqrasiya könüllüləri tərəfindən həyata keçirilmiş uğurlu layihələri yüksək qiymətləndirən Xidmət rəisi, cari ildə də gənclərin fəaliyyətini diqqətdə saxlayacağını, onlara dəstək olacağını bildirib. Vüsal Hüseynov qeyd edib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2020-ci ilin “Könüllülər ili” elan edilməsi ölkəmizdə könüllü gənclərin fəaliyyətinə verilən ən yüksək dəyərdir. Ölkə başçısının sərəncamı son dövrlərdə genişlənən könüllülük hərəkatlarının işinə güclü təkan verəcək.

Görüşdə gənclərin şəxsi inkişafına, dünyagörüşünün artırılması və asudə vaxtının səmərəli keçirilməsinə yönəlik  müxtəlif mövzuları özündə birləşdirən layihələr ətrafında geniş müzakirələr  aparılıb. Tədbirdə  "Miqrasiya Könüllüsü" İctimai Birliyinin bu il üçün nəzərdə tutulmuş tədbirlər planı təsdiq olunub.

Sonda Vüsal Hüseynov Miqrasiya Könüllülərinə fəaliyyətlərində uğurlar arzulayıb və bu il Miqrasiya Könüllülərinin fərqli layihələrlə daha böyük uğurlar qazanacağına əminliyini ifadə edib.

Qeyd edək ki, tədbirlər planına əsasən tezliklə Miqrasiya Könüllüləri tərəfindən “Hüquq və gənc hüquqşünaslar” layihəsi həyata keçiriləcək. Bu sahə üzrə bilik və təcrübəsini artırmaq istəyən gənclərin sənəd qəbulunun elanı veriləcək.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti