Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidməti əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün Yeni il şənliyi təşkil edib

Dövlət Miqrasiya Xidməti tərəfindən Bakı şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində 31 dekabr – Dünya Azәrbaycanlılarının Hәmrәylik Günü vә Yeni il münasibətilə əcnəbilər və vətəndaşlığı olmayan şəxlər üçün bayram süfrəsi açılıb.

Tədbir iştirakçılarını qarşıdan gələn bayramlar münasibətilə təbrik edən Dövlət Miqrasiya Xidmətinin rəis müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Elman Əliyev Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təsis olunan və ənənəvi bayramlarımızdan birinə çevrilən Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əhəmiyyətindən danışıb.

Bildirib ki, Azərbaycanda əcnəbilər və vətəndaşlığı olmayan şəxlər diqqət və qayğı ilə əhatə olunublar. Məhz  Bakı şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində təşkil edilən bayram tədbiri ölkəmizdə irqindən, dinindən, milliyyətindən asılı olmayaraq, müxtəlif xalqların nümayəndələrinə göstərilən həssas münasibətin əyani nümunəsidir.

Tədbir, iştirakçılara xoş ovqat bəxş edib. Onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə minnətdarlıqlarını bildiriblər.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti