newsPhoto

“Yoluxucu infeksion xəstəliklər və onlardan etibarlı müdafiə üsulları” mövzusunda tədbir keçirilib

Dövlət Miqrasiya Xidməti orqanları əməkdaşlarının iştirakı ilə “Yoluxucu infeksion xəstəliklər və onlardan etibarlı müdafiə üsulları” mövzusunda tədbir keçirilib.

Məqsəd Xidmətdə çalışan işçiləri tibb sahəsində tətbiq edilən yeniliklər barədə maarifləndirmək olub.

Tədbirdə Dövlət Miqrasiya Xidmətinin Tibb müəssisəsinin rəisi vəzifələrini müvəqqəti icra edən, kiçik miqrasiya xidməti müşaviri Gülnarə Əliyullayeva və Tibb müəssisəsinin baş inspektoru-baş həkimi, II dərəcəli miqrasiya xidməti qulluqçusu Gülnar Əhmədova müasir dövrdə aktual infeksion xəstəliklər, yeni qrip virusları və onlardan etibarlı müdafiə üsulları barədə geniş məlumat veriblər. Bildirilib ki, infeksion xəstəlikləri bakteriyalar, viruslar, parazitlər, göbələklər kimi mikroorqanizmlər törədir. İnfeksion xəstəliklər hava, su, qan, məişət əşyaları vasitəsilə yoluxa bilər. Hazırda tibb elminin inkişafı, profilaktik tədbirlər, gigiyena, peyvəndlər, tibbi maarifləndirmə nəticəsində bir çox xəstəliklərin tam müalicəsinə nail olunub.

Qeyd edilib ki, yoluxucu xəstəliklərin ötürülməsinin qarşısını almaq üçün gigiyena qaydalarına əməl edilməsi, tibbi alətlərin mütləq sterilləşdirilməsi, eləcə də donor qanının yoxlanılması vacibdir.

Sonda Xidmət əməkdaşlarını maraqlandıran suallar cavablandırılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur