Biləsuvarda maarifləndirmə tədbiri keçirilib

Lənkəran regional miqrasiya idarəsinin xidməti ərazisinə daxil olan Biləsuvar Rayon İcra Hakimiyyətində “Sülh dayanıqlı inkişafın və insan hüquqlarının təminatıdır” mövzusunda ictimaiyyət nümayəndələrinin iştirakı ilə maarifləndirmə tədbiri keçirilib.

Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının I müavini Xanlar Məmmədov maarifləndirmə tədbirinin əhəmiyyətini, ictimaiyyətin, əcnəbilərin və vətəndalığı olmayan şəxslərin maarifləndirilməsində rolunu diqqətə çatdırıb.

Sonra Lənkəran regional miqrasiya idarəsinin Miqrasiya rejiminə nəzarət bölməsinin rəisi tərəfindən mövzu ilə bağlı geniş məruzə edilib. Qeyd olunub ki, sülh günü nəinki xalqlar arasında, həmçinin ailələrdə, cəmiyyətdə, ictimaiyyətdə münasibətlərin sağlamlaşmasına, zorakılığa qarşı mübarizənin gücləndirilməsinə nail olmaq üçün bir imkandır.

Görüş zamanı Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri, Miqrasiya Məcəlləsinə edilmiş son dəyişikliklər barədə də məlumatlar verilib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur