newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov “GəncLİK” proqramının iştirakçıları ilə görüşüb

19 oktyabr 2019-cu il tarixində Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov “GəncLİK” (Gənc Liderlərin İnkişafı Konsepsiyası) proqramının iştirakçılarını qəbul edib.

“İdarəetmə və kommunikasiya” mövzusunda keçirilən master-klassda Vüsal Hüseynov qərar qəbul etmə, komanda ilə işləmə, kreativlik və innovativlik, sosial şəbəkələrdə aktivlik, informasiya mübadiləsi, məlumatların dolğun və düzgün çatdırılması mövzusunda çıxış edib, o cümlədən liderlik qabiliyyətinin artırılması və peşəkar vərdişlərin aşılanması haqqında gənclərə tövsiyələrini verib.

Sonda Xidmət rəisi proqramın iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə reallaşdırılır. Növbəti 3 ay ərzində gənc liderlərə proqram çərçivəsində müxtəlif mövzularda təlimlər keçiriləcək və dövlət qurumlarının rəhbər şəxsləri ilə görüşləri təşkil olunacaq.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur