Göyçayda sakinlərə səyyar xidmət göstərilib
Dövlət Miqrasiya Xidmətinin Ağsu regional miqrasiya idarəsinin əməkdaşları Göyçayda sosial və sağlamlıq imkanları məhdud olan 2 nəfərə yaşadıqları ünvanda səyyar xidmət göstəriblər.
Prezident İlham Əliyevin Azərbaycan Respublikasının vətəndaşlığına qəbul haqqında imzaladığı sərəncamın icrası olaraq, 1 nəfərə vətəndaşlığa qəbulla bağlı arayış, daha 1-inə isə müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi təqdim edilib. Sakinlər göstərilən xidmətlərdən məmnunluqlarını bildiriblər.
Ağsu regional miqrasiya idarəsinin xidməti ərazisinə daxil olan rayonlarda səyyar xidmət tədbirləri davam etdirilir.