“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu və onun miqrasiya sahəsində tətbiqi müzakirə edilib
Dövlət Miqrasiya Xidmətində “Azərbaycan Respublikasında yeni İnzibati hüquq, onun tətbiqi ilə bağlı aktual məsələlər” mövzusunda seminar təşkil edilib.
Seminarda DMX aparatının və Xidmətin regional miqrasiya idarələrinin əməkdaşları iştirak ediblər.
Azərbaycan Respublikası Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səyyad Kərimov çıxış edərək “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu və onun miqrasiya sahəsində tətbiqi, inzibati icraatın başlanılması əsasları və prinsipləri, inzibati akt, inzibati aktın forma və məzmunu, inzibati aktın hüquqi qüvvəsi, inzibati aktın icrasına dair mövzularda ətraflı məlumat verib, təqdimatlar edib. Hüquqi dövlət quruculuğu prinsiplərindən irəli gələn tələblər, eləcə də proqnozlaşdırıla bilən idarəçiliyin tətbiqi məsələlərinə toxunub.
Sonra Xidmət əməkdaşlarını maraqlandıran suallar cabanlandırılıb.
Qeyd edək ki, seminar Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) “Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşmanın dəstəklənməsi” layihəsi çərçivəsində reallaşdırılıb.