Miqrasiya Könüllüsü İctimai Birliyinin departamentlərində (idarələrində) vakant vəzifələrə müsahibə mərhələsi keçirilib
Müsahibə İctimai Birliyin 7 departamenti- Beynəlxalq Əlaqələr, Sponsorlarla iş, İctimaiyyətlə əlaqələr, Üzvlərlə iş və Təşkilati məsələlər, eləcə də Layihələrin idarə olunması, İnformasiya texnologiyaları, Dövlət Qurumları ilə iş üzrə aparılıb. Vakant vəzifələrin tutulması üçün 60 gənc müraciət edib. Onlar liderlik qabiliyyəti, özünü təqdimetmə bacarığı, sosial aktivliyi, dünya görüşü və dil biliyi ilə fərqlənməyə çalışıblar. Seçim Miqrasiya Könüllüsü İctimai Birliyinin İdarə heyətinin üzvləri tərəfindən aparılıb.
Müsahibə mərhələsindən uğurla keçən namizədlər İctimai Birliyin departamentlərində təmsil olunmaqla, yerli və beynəlxalq layihələrə qatılmaqla yanaşı, təşkilatçı qismində də iştirak imkanı qazanacaqlar.