Ağsu regional miqrasiya idarəsində “İnzibati binaların yanğın təhlükəsizliyi” mövzusunda təlim keçirilib
Təlim “2019-cu il üçün Ağsu regional miqrasiya idarəsinin Mülki müdafiə tədbirlər Planı”na uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb regional Dövlət Yanğın Nəzarəti idarəsinin Dövlət Yanğın Nəzarəti şöbəsinin əməkdaşları ilə birgə reallaşıb.
Baş verə biləcək yanğın zamanı Ağsu regional miqrasiya idarəsinin Mülki müdafiə qərargahının qruplar üzrə üzvlərinin vəzifələri, fəaliyyət istiqamətləri müəyyənləşdirilib. Odsöndürən və yanğın topundan istifadə qaydaları izah edilib. Təxliyyə planına uyğun olaraq, zərərçəkənlərə ilkin tibbi yardım qaydaları əyani göstərilib. Yanğın təhlükəsizliyi ilə əlaqədar qabaqlayıcı tədbirlərlə yanaşı, əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələlərinə toxunulub.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.