Ağsu regional miqrasiya idarəsi tərəfindən səyyar xidmət təşkil edilib
Vətəndaş məmnunluğunun təmini məqsədilə Ağsu regional miqrasiya idarəsinin xidməti ərazisinə daxil olan İsmayıllı rayonunda növbəti səyyar xidmət təşkil edilib. Səyyar xidmətin imkanlarından 8 nəfər yararlanıb.
Ağsu regional miqrasiya idarəsinə müraciət etmiş 2 nəfərə daimi, 1-inə isə müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi verilib. 1 nəfərə Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi, daha 1-inə isə ölkədə daimi yaşamaq icazəsi almaq üçün tələb olunan sənədlərin siyahısı təqdim olunub. 3 şəxs miqrasiya qanunvericiliyində edilmiş dəyişikliklərlə bağlı ətraflı məlumatlandırılıb.
Ağsu regional miqrasiya idarəsinin xidməti ərazisinə daxil olan rayonlarda səyyar xidmət davam etdirilir.