“Miqrasiya Məcəlləsi” və “Dövlət rüsumu haqqında” Qanunda dəyişikliklər
“Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1623-VQD nömrəli Qanunu və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1624-VQD nömrəli Qanunu 24 iyul 2019-cu il tarixində qüvvəyə minib.
Dəyişikliklərə əsasən, Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkəyə gəldikləri vaxtdan 15 gün ərzində olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Əcnəbi və vətəndaşlığı olmayan şəxs olduğu yeri dəyişdikdə, yeni ünvana gəldiyi vaxtdan 5 iş günü ərzində qeydiyyatdan keçməlidir.
Qeydiyyat üçün elektron qaydada www.migration.gov.az və ya şəxsən regional miqrasiya idarələrinə, yaxud “ASAN Xidmət” mərkəzlərinə müraciət edə bilərsiniz.
Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq, habelə iş icazəsinə görə müəyyən edilmiş dövlət rüsumu həmin icazələrlə bağlı müraciətə baxılması üçün müəyyən edilmiş müddətin sonuncu günündən 30 gün ərzində ödənilmədikdə icazə ləğv edilir.
Miqrasiya Məcəlləsinin 45.1.1-45.1.7-ci maddələrində nəzərdə tutulmuş əsaslarla müvafiq icazə əsasında son 2 il ərzində fasiləsiz (180 gün ərzində 90 gündən çox müddətdə Azərbaycan Respublikasının ərazisindən kənarda olmadan) olaraq Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsi almaq üçün vəsatət verə bilərlər.
Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin atasının, anasının, ərinin (arvadının), övladının, qardaşının, bacısının Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması həmin əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin də Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma müddətinin uzadılması üçün əsas hesab edilir.
Aşağıdakı yeni hallar Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə alınmasına əsas hesab edilir:
-
-
- insan alverindən zərər çəkmiş şəxs hesab olunduqda;
- cinayət təqibi orqanlarına yardım göstərdikdə;
- müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən işə cəlb edildikdə;
- Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə xidmətə və ya işə dəvət olunan hərbi qulluqçu və mütəxəssis olduqda;
- kütləvi informasiya vasitələrinin Azərbaycan Respublikasında akkreditə olunmuş əməkdaşı olduqda;
- dənizçi olduqda;
- ali təhsil müəssisələrində mühazirə kurslarının oxunması üçün dəvət edilən professor-müəllim heyəti və mühazirəçi olduqda;
- incəsənət işçisi, müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçmiş idman klublarına işə dəvət olunan məşqçi və idmançı olduqda;
- müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti) tərəfindən müəyyən edilən hallarda əmək fəaliyyətinə cəlb olunan şəxs olduqda.
-
İnsan alverindən zərər çəkmiş hesab edilən və ya cinayət təqibi orqanlarına yardım göstərən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin alınması tələb olunmur.
Əcnəbiyə yaşayış sahəsi vermiş şəxs tərəfindən həmin əcnəbinin qeydiyyatdan çıxarılması barədə Dövlət Miqrasiya Xidmətinə müraciət olunduqda 10 iş günü ərzində qeydiyyata alınmaq üçün başqa yaşayış sahəsinə dair sənədlər təqdim edilmədikdə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün verilmiş icazə ləğv edilir.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilməsi ilə bağlı müraciətlərinə baxılarkən, onların Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyinin yoxlanılmasına dair tələb 18 yaşına çatmamış uşaqlara, yaşı 65-dən yuxarı olan və ya I dərəcə əlil olan (müvafiq təsdiqedici sənəd təqdim olunduğu təqdirdə) əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə şamil edilmir.
Əcnəbinin (onunla gələn ailə üzvlərinin) maddi təminatını üzərinə götürmüş şəxs tərəfindən həmin təminatdan imtina ilə bağlı müraciət olunduqda, əcnəbi 10 iş günü ərzində özünün və onunla gələn ailə üzvlərinin minimal tələbatının ödənilməsi barədə başqa sənəd təqdim etmədikdə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün verilmiş icazə ləğv edilir.
Azərbaycan Respublikasının vətəndaşlığı ilə yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olan şəxsin Azərbaycan Respublikasının ərazisində olduğu dövrdə Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə, həmin şəxs bu barədə rəsmi məlumat aldığı tarixdən 30 gün ərzində ölkəni tərk etməli, yaxud müvafiq əsaslar olduğu təqdirdə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşama icazəsinin alınması üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidir.
Azərbaycan Respublikasında müvəqqəti yaşama icazəsinin alınması üçün banklara müddətli əmanət müqaviləsi əsasında azı 100.000 manat məbləğində pul vəsaiti qoyan əcnəbilərin siyahısı Dövlət Miqrasiya Xidməti tərəfindən 3 iş günü müddətində aidiyyatı banka göndəriləcək. Həmin siyahıda göstərilmiş əcnəbilərin müddətli əmanətinin məbləğində azalma müşahidə olunduğu və ya əmanət müqaviləsinə xitam verildiyi təqdirdə bank Dövlət Miqrasiya Xidmətini 3 iş günü müddətində məlumatlandırmalıdır.
Daimi yaşamaq üçün icazənin alınması ilə bağlı Azərbaycan Respublikasının iqtisadiyyatına azı 500.000 manat məbləğində investisiya yatırmış şəxslərdən isə özlərinin və onlarla gələn ailə üzvlərinin minimal tələbatını ödəyə bilən vəsaitin olması barədə sənəd tələb olunmayacaq.
Əcnəbi Azərbaycan Respublikasının vətəndaşı ilə yaxın qohumluq münasibətlərində olduğuna və ya Azərbaycan Respublikasının ərazisində müvəqqəti (daimi) yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ailə üzvü olduğuna görə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsi almaq üçün müraciət edərkən yaxın qohumluq münasibətində olduğu Azərbaycan Respublikası vətəndaşının və ya Azərbaycan Respublikasının ərazisində müvəqqəti (daimi) yaşayan ailə üzvünün razılıq ərizəsini təqdim etməlidir.
“Dövlət rüsumu haqqında” Qanuna edilən dəyişikliklər isə aşağıdakılardan ibarətdir:
Yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə tələb olunan dövlət rüsumunun məbləğləri |
||
Etibarlılıq müddəti |
15 iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda |
20 iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda |
3 ayadək |
40 manat |
30 manat |
6 ayadək |
80 manat |
60 manat |
1 ilədək |
160 manat |
120 manat |
1 il 6 ayadək |
240 manat |
180 manat |
2 ilədək |
320 manat |
240 manat |
2 il 6 ayadək |
400 manat |
300 manat |
3 ilədək |
480 manat |
360 manat |
Yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə tələb olunan dövlət rüsumunun məbləğləri |
||
Etibarlılıq müddəti |
15 iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda
|
20 iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda
|
3 ayadək |
25 manat |
15 manat |
6 ayadək |
50 manat |
30 manat |
1 ilədək |
100 manat |
60 manat |
1 il 6 ayadək |
150 manat |
90 manat |
2 ilədək |
200 manat |
120 manat |
2 il 6 ayadək |
250 manat |
150 manat |
3 ilədək |
300 manat |
180 manat |
Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrində əyani formada, habelə ümumtəhsil müəssisələrində təhsil alan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə tələb olunan dövlət rüsumunun məbləğləri |
||
Etibarlılıq müddəti |
15 iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda |
20 iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda |
1 illik |
60 manat |
40 manat |
2 illik (müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin müddəti uzadıldıqda) |
120 manat |
80 manat |
Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə tələb olunan dövlət rüsumunun məbləğləri |
||
Müraciətə baxılma müddəti |
Yetkinlik yaşına çatmış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün |
Yetkinlik yaşına çatmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün |
35 gün |
450 manat |
300 manat |
40 gün |
400 manat |
250 manat |
50 gün |
350 manat |
200 manat |
60 gün |
300 manat |
150 manat |
Yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkədə müvəqqəti olma müddətinin uzadılması barədə qərarın verilməsinə görə tələb olunan dövlət rüsumunun məbləğləri |
||
Etibarlılıq müddəti |
1 iş günü müddətində verildikdə |
3 iş günü müddətində verildikdə |
30 günədək |
50 manat |
30 manat |
60 günədək |
100 manat |
60 manat |
Yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkədə müvəqqəti olma müddətinin uzadılması barədə qərarın verilməsinə görə tələb olunan dövlət rüsumunun məbləğləri |
||
Etibarlılıq müddəti |
1 iş günü müddətində verildikdə |
3 iş günü müddətində verildikdə |
30 günədək |
30 manat |
15 manat |
60 günədək |
60 manat |
30 manat |
Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsinə və müddətinin uzadılmasına görə tələb olunan dövlət rüsumunun məbləğləri |
|||
Etibarlılıq müddəti |
10 iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda |
15 iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda |
20 iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda |
3 ayadək |
700 manat |
500 manat |
350 manat |
6 ayadək |
900 manat |
700 manat |
600 manat |
1 ilədək |
1400 manat |
1200 manat |
1000 manat |