newsPhoto

Dövlət Miqrasiya Xidmətində “Beynəlxalq Yay Hüquq Məktəbi”nin açılış mərasimi keçirilib

Dövlət Miqrasiya Xidmətinin (DMX) inzibati binasında “Avropa Hüquqşünas Tələbələr Assosiasiyası” (ELSA)  tərəfindən cari ilin 6-13 iyul tarixlərdə Bakı şəhərində 34 xarici tələbənin iştirakı ilə təşkil olunan “Beynəlxalq Yay Hüquq Məktəbi”nin açılış mərasimi keçirilib.

“Yay Hüquq Məktəbi” çərçivəsində müxtəlif mövzularda mühazirələr və seminarlar təşkil olunur. Məqsəd xarici tələbələrə Azərbaycan Respublikasının hüquq və qanunvericilik sisteminə dair məlumat vermək, aidiyyəti qurumlarla səfər təşkil etməklə tələbələri onların iş fəaliyyəti ilə tanış etməkdir.

Tədbirdə tələbələrə hazırda dünyada baş verən miqrasiya proseslərinin tendesiyalarına, Azərbaycanda miqrasiya idarəçiliyinə, Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətlərinə, habelə respublikada insan alverinə qarşı mübarizəyə dair ətraflı məlumat verilib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur