Dövlət Miqrasiya Xidmətində Bolqarıstan Respublikasının nümayəndə heyəti ilə readmisiya sahəsində danışıqlar aparılıb
18-19 iyun tarixlərində Azərbaycan və Bolqarıstan Hökumətləri, Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Sazişin həyata keçirilməsi üzrə Protokol layihəsinə dair danışıqlar aparıblar.
Danışıqlarda Bolqarıstan Respublikasını Sərhəd Polisi Baş Direktorluğunun rəis müavini cənab Stoyan İvanovun, Azərbaycan Respublikasını isə Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri cənab Vahid Qəhrəmanovun rəhbərlik etdiyi nümayəndə heyətləri təmsil ediblər. Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Sazişin həyata keçirilməsi üzrə Protokol layihəsinin maddələri üzrə müvafiq ikitərəfli müzakirələr aparılıb.
Sonda görüşün protokolu hazırlanaraq imzalanıb.