Dövlət Miqrasiya Xidmətində 1 iyun Uşaqların Beynəlxlaq Müdafiəsi Günü qeyd edilib
Miqrasiya Könüllülərinin yaxından iştirak etdiyi tədbirdə qaçqın statusu almış və almaq üçün müraciət etmiş ailələrin övladları və Xidmət əməkdaşlarının övladları iştirak ediblər. Əlamətdar günün səbəbkarları üçün face-art, köpük- alov şousu və digər əyləncələr təqdim olunub. Sonda Xidmətin balaca qonaqları üçün şirniyyat süfrəsi təşkil edilib.