Xaçmazda turizm sektoru nümayəndələri miqrasiya sahəsində məlumatlandırılıblar

Dövlət Miqrasiya Xidmətinin Xaçmaz  regional   miqrasiya  idarəsi “Turizm sektoru nümayəndələrinin miqrasiya sahəsində maarifləndirilməsi”  mövzusunda tədbir keçirib.

Xaçmaz şəhər Heydər Əliyev Mərkəzində təşkil edilən tədbirdə Xaçmaz regional miqrasiya idarəsinin xidməti ərazisinə daxil olan rayonların turizm şöbələrinin əməkdaşları, turizm informasiya agentliklərinin  və “Olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı müraciətin və sənədin qəbulu adlı xidmət”ə inteqrasiya olunmayan turizm obyektlərinin nümayənlərindən ibarət  30 nəfər iştirak ediblər.

Xaçmaz  regional   miqrasiya  idarəsinin rəis müavini, I Idərəcəli miqrasiya xidməti qulluqçusu Nəbi Əsgərov Dövlət Miqrasiya Xidmətinin  regional idarələrinin fəaliyyəti, “Samur” gömrük-sərhəd keçid məntəqəsində miqrasiya bölməsi, Vahid Miqrasiya Məlumat Sistemi, MİGAZ tətbiqi, göstərilən elektron xidmətlərin “Elektron hökumət” portalına inteqrasiyası, 24 saat işləyən Çağrı mərkəzi  barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

İdarənin şöbə rəisi, I dərəcəli miqrasiya xidməti qulluqçusu Nail İsayev miqrasiya qanunvericiliyi, olduğu yer üzrə qeydiyyat, xüsusilə, elektron qaydada olduğu yer üzrə qeydiyyat ilə bağlı yerinə yetirilən prosedurları diqqətə çatdırıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur