İsmayıllıda səyyar xidmət keçirilib
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Ağsu regional miqrasiya idarəsi tərəfindən İsmayıllı rayonunda səyyar xidmət təşkil edilib.
Səyyar xidmət zamanı rayonun ucqar kəndlərində yaşayan yaşlı və səhhəti ilə əlaqədar regional idarəyə gəlməkdə çətinlikləri olan 1 nəfərə müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi, 1 nəfərə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunması ilə bağlı sənədlərin siyahısı təqdim olunub. 1 nəfərin isə müvəqqəti yaşamaq üçün icazənin alınması məqsədilə müraciəti qəbul edilib.
Xidmət istifadəçilərini maraqlandıran suallar qanunamüvafiq qaydada cavablandırılıb.