Miqrasiya Könüllüləri Heydər Əliyev Mərkəzi ilə tanış olublar
Azərbaycan xalqının Ümmumilli lideri Heydər Əliyevin anadan olmasının 96-ci ildönümü ilə əlaqədar tədbirlər çərçivəsində Ulu öndərin zəngin irsi ilə yaxından tanış olmaq məqsədilə Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Könüllülərinin bir qrupunun Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub.
Ekskursiya çərçivəsində iştirakçılara müasir Azərbaycanın memarı Heydər Əliyevin zəngin və şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çox saylı xidmətləri özündə əks etdirən eksponat, fotoşəkillər və kitablar haqqında ətraflı məlumat verilib. Miqrasiya Könüllüləri Ulu öndərin siyasi irsini təbliğ edən əyani vəsaitlərlə tanış olublar.
Arxitekturası ilə paytaxtımıza xüsusi yaraşıq verən, əsrarəngizliyi ilə göz oxşayan, zənginliyi ilə qonaqlarını valeh edən Heydər Əliyev Mərkəzi ilə yaxından tanışlıq, Ümummilli liderin həyat və fəaliyyətinin əks olunduğu muzeyin ziyarəti miqrasiya könüllülərində zəngin təəssürat yaradıb.
Ekskursiyanın sonunda xatirə şəkili çəkilib.