newsPhoto

Zaqatalada səyyar xidmət göstərilib

Dövlət Miqrasiya Xidmətinin Şəki regional miqrasiya idarəsinin könüllülərinin iştirakı ilə Zaqatala şəhərində səyyar xidmət həyata  keçirilib.

Səyyar xidmətin imkanlarından 17 nəfər  istifadə edib. Onlardan 8 nəfərə vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması ilə bağlı arayış, 2 nəfərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqələri verilib. Həmçinin sağlamlıq imkanı məhdud olan 1 nəfərdən müvəqqəti yaşama icazəsinin verilməsi, 1 nəfərdən isə Azərbaycan Respublikasının vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sənəd qəbul edilib.

Bundan başqa, 5 nəfərə vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi, müvəqqəti, həmçinin daimi yaşama, o cümlədən iş icazələrinin alınması ilə bağlı müraciət etmək üçün sənədlərin siyahısı təqdim olunub.

Xidmət istifadəçilərinin hər birinə Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının qəbul etdiyi “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında” Konvensiyanın müddəalarının icrası üzrə görülmüş işlər, ölkəmizdə əməkçi miqrantların və onların hüquqlarının təminatı sahəsində görülmüş tədbirlər barədə məlumat verilib.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur