Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Dövlət Miqrasiya Xidməti Hacıqabul şəhərində maarifləndirmə tədbiri keçirib

Dövlət Miqrasiya Xidmətinin Şirvan regional miqrasiya idarəsinin xidməti ərazisinə daxil olan Hacıqabul şəhərində “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılması tarixi, fəaliyyət  istiqamətləri və qanunvericiliyə edilmiş əlavə və dəyişiliklər” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Hacıqabul şəhər Mədəniyyət klubunda  təşkil edilən tədbirdə yerli icra hakimiyyəti nümayəndələri, idarə və müəssisə rəhbərləri, hüquq-mühafizə orqanları, rayon pasport şöbəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupu əməkdaşları, təhsil işçiləri, ictimaiyyət və kütləvi informasiya vasitələrinin təmsilçiləri, o cümlədən əcnəbilərin  və vətəndaşlığı olmayan şəxslər olmaqla ümumilikdə 110  nəfər iştirak edib.

Tədbiri giriş sözü ilə Hacıqabul rayon İcra Hakimiyyətinin birinci müavini Aslan Səmədov açaraq Dövlət Miqrasiya Xidməti tərəfindən respublikanın regionlarında müntəzəm olaraq təşkil edilən maarifləndirmə tədbirlərinin ictimaiyyətin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin məlumatlanıdırlması işinə öz töhfəsini verdiyini diqqətə çatdırıb.

Sonra Şirvan RMİ-nin rəis müavini, miqrasiya xidməti müşaviri Şəmsəddin Məmmədov geniş məruzə ilə çıxış edib. Tədbirdə Dövlət Miqrasiya Xidməti tərəfindən son zamanlar həyata keçirilən yeniliklər, qanunvericilikdə olan dəyişikliklər barədə məlumat verilib, mobil tətbiq “MİGAZ”ın funksiyaları, istifadə qaydaları və üstünlükləri tədbir iştirakçılarına geniş izah olunub

   Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

       

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti