newsPhoto

Dövlət Miqrasiya Xidmətində qanvermə aksiyası keçirilib

15 mart 2019-cu il tarixdə Dövlət Miqrasiya Xidmətinin (DMX) mərkəzi aparatında Xidmətin yaradılmasının 12-ci il dönümü və miqrasiya orqanları işçilərinin peşə bayramı ərəfəsində qanvermə aksiyası keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramına uyğun olaraq təşkil edilən qanvermə aksiyasında Dövlət Miqrasiya Xidmətinin 170 əməkdaşı iştirak edib.

Dövlət Miqrasiya Xidməti ilə Azərbaycan Talassemiya Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən aksiyanın məqsədi talassemiya və digər irsi qan xəstəliyindən əziyyət çəkən insanlara, xüsusən, uşaqlara yardım etmək və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaqdır.

Qeyd edək ki, Bahadur Eyvazov adına Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim hemotoloqları donorların sağlamlıq vəziyyətini yoxladıqdan sonra onlardan qan götürüblər.

Götürülən qan nümunələri laboratoriyada müayinə edildikdən sonra aidiyyəti üzrə istifadə olunacaq.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur