newsPhoto

Şirvan, Saatlı, Salyan və Neftçalada səyyar xidmət təşkil edib

Dövlət Miqrasiya Xidməti tərəfindən Şirvan regional miqrasiya idarəsinin xidməti ərazisinə daxil olan Şirvan şəhəri, Saatlı, Salyan və Neftçala rayonları ərazisində sağlamlıq imkanı məhdud olan 10 nəfərə yaşadıqları ünvanlarda səyyar xidmət  göstərilib.

Səyyar xidmət zamanı 5 nəfərə Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyən olunması ilə bağlı müraciətinin cavabı təqdim edilib. 5 nəfərin isə vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi üçün sənədləri qəbul olunub.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur