newsPhoto

Dövlət Miqrasiya Xidməti ilə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyi arasında görüş keçirilib

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin yeni rəhbəri cənab Vladimir Georgiyevlə  görüşüb.

Tanışlıq xarakterili görüşdə cənab Vladimir Georgiyevi təyinatı münasibətilə təbrik edən Dövlət Miqrasiya Xidmətinin rəisi DMX ilə BMT-nin Azərbaycandakı nümayəndəliyi, o cümlədən  təşkilatın bir çox təsisatları arasında sıx əlaqələrin qurulduğunu məmnunluqla qeyd edib. 

V.Hüseynov DMX-nin fəaliyyət istiqamətlərindən, miqrasiya proseslərinin tənzimlənməsi və idarəedilməsi sahəsində ölkəmizdə görülən əsaslı işlərdən və tətbiq edilən innovativ yeniliklərdən söhbət açıb. Bildirib ki, vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, ölkə ərazisində yaşamalarının əsasları və müddətləri, iş icazələrinin verilməsi, nəzərdə tutulmuş digər müvafiq normaların tətbiqi sadələşdirilir, eləcə də miqrantların hüquqlarının qorunması daim diqqətdə saxlanılır.

BMT-nın Azərbaycandakı Nümayəndəliyinin rəhbəri öz növbəsində Dövlət Miqrasiya Xidmətinin rəisinə səmimi görüşə və təbrikinə görə təşəkkür edib. O, BMT-nin Azərbaycandakı nümayəndəliyi ilə DMX arasında əlaqələrin bundan sonra da uğurla in­ki­şa­fı na­mi­nə səy­lə­ri­ni əsir­gə­mə­yə­cə­yi­ni vur­ğu­la­yıb.

Görüşdə miqrasiya ilə bağlı qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur