Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidmətinin bir qrup əməkdaşı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan Resursları və Təlim şöbəsində təlimə cəlb olunublar

Dövlət Miqrasiya Xidmətinin bir qrup əməkdaşı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan Resursları və Təlim şöbəsində vətəndaş axınının və vaxtın idarə olunması, psixoloji gərginliyin aradan qaldırılması, ünsiyyət bacarıqlarının inkişafı mövzularında təlimə cəlb olunublar.

Təlimin məqsədi dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanın formalaşdırılmasına, ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə xidmət etməkdir. Təlimdə həmçinin qeyd olunub ki, vətəndaşların rifah səviyyəsinin, dövlət orqanları tərəfindən göstərilən xidmətlərlə məmnunluq səviyyəsinin yüksəldilməsi üçün dövlət xidmətlərinin təkmilləşdirilməsi idarəetmənin modernizasiyası prosesi ilə qarşılıqlı əlaqədə aparılır. Təlimdə dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılmasının, vətəndaşlara göstərilən xidmətlərin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsinin, etik qaydalara, nəzakətli davranışa əməl edilməsinin, vətəndaş məmnunluğunun təmin olunmasının zəruriliyi baxımından ölkədə Asan Xidmət idarəetmə modelinin yaradılmasının əhəmiyyətindən söhbət açılıb.

Təlim prosesinin sonunda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb, fəaliyyət istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti