Dövlət Miqrasiya Xidməti Zaqatalada səyyar xidmət təşkil edib
Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən Şəki regional miqrasiya idarəsinin xidməti ərazisinə daxil olan Zaqatala şəhərində növbəti səyyar xidmət həyata keçirilib.
Əcnəbi və vətəndaşlığı olmayan şəxslər tərəfindən Dövlət Miqrasiya Xidmətinə edilən bütün növ müraciətlərin qəbulunu yerində və operativ şəkildə həyata keçirmək məqsədi daşıyan səyyar xidmətin imkanlarından 47 nəfər istifadə edib. Onlardan 25 nəfərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə vəsiqələri, 1 nəfərə iş icazəsi, 8 nəfərə isə vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması ilə bağlı arayış verilib.
Bundan başqa, 2 nəfərdən müvəqqəti yaşama icazəsinin verilməsi, 1 nəfərindən isə Azərbaycan Respublikasının vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sənəd qəbul edilib. Həmçinin 10 nəfərə vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi, müvəqqəti, eləcə də daimi yaşama və iş icazələrinin alınması ilə bağlı müraciət etmək üçün sənədlərin siyahısı təqdim olunub.