Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi cənab Vüsal Hüseynov Türkiyə Respublikasının Daxili İşlər Naziri cənab Süleyman Soylu ilə görüşüb

28 dekabr 2018-ci il tarixdə Dövlət Miqrasiya Xidmətinin rəisi cənab Vüsal Hüseynov Türkiyə Respublikasının Daxili İşlər naziri cənab Süleyman Soylu ilə görüşüb.

Vüsal Hüseynov Türkiyə Daxili İşlər nazirini ölkəmizdə görməkdən məmnun olduğunu ifadə edib. İki ölkə arasında digər sahələrdə olduğu kimi miqrasiya sahəsində də sıx əməkdaşlığın qurulduğunu diqqətə çatdıran Xidmət rəisi bundan sonra da əməkdaşlığın gücləndirilməsi istiqamətində səylərin əsirgənməycəyini vurğulayıb.

Vüsal Hüseynov ölkəmizdə miqrasiya proseslərinin daim diqqətdə saxlandığını qeyd edərək bu sahədə yeniliklərə o cümlədən  innovativ vasitələrin tətbiqinə üstünlük verildiyini diqqətə çatdırıb.   

Səmimi salamlamaya görə təşəkkürünü bildirən Süleyman Soylu Azərbaycanın Türkiyə üçün ən önəmli tərəfdaşlardan biri olduğunu qeyd edib. Miqrasiya məsələlərinin bütün dünyada olduğu kimi Türkiyədə də müzakirə mövzusuna çevrilmiş əsas məsələlərdən olduğunu bildirən Türkiyənin Daxili İşlər naziri Türkiyənin 3 milyondan çox qaçqına ev sahibiliyi edən ölkə kimi bu fenomenin doğurduğu fəsadlarla mübarizədə gördüyü işlər barədə məlumat verib.

Görüşdə hər iki ölkə vətəndaşlarının miqrasiya sahəsində üzləşdiyi problemlər barədə müzakirələr aparılıb, eləcə də bu problemlərin həlli istiqamətində atıla biləcək addımlar ətrafında fikir mübadilələri edilib. Əməkdaşlığın səmərələləliyinin daha da artırılması məqsədilə iki ölkənin miqrasiya məsələlərinə məsul qurumları arasında hüquq-müqavilə bazasının gücləndirilməsinə dair razılığa gəlinib.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti