Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Dövlət Miqrasiya Xidmətinin rəisi Beynəlxalq Miqrasiya Təşkilatı Şurasının 109-cu sessiyasında iştirak edir

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) Şurasının 109-cu sessiyasında iştirak etmək məqsədilə İsveçrə Konfederasiyasında rəsmi səfərdədir.

Cenevrədə yerləşən Beynəlxalq Konfrans Mərkəzində noyabrın 27-dən 30-dək keçiriləcək sessiyada tədbirin gündəliyinə uyğun olaraq təşkilati məsələlərə baxılması, Şura sədrinin, sədr müavinlərinin və məruzəçilərinin seçilməsi nəzərdə tutulmuşdur. Sessiyada BMqT-nin yeni baş  direktoru Antonio Vitorinonun geniş hesabat məruzəsi ilə çıxışı planlaşdırılır.

Sessiya çərçivəsində qlobal miqrasiya proseslərinin müxtəlif aspekt­­­lərini əhatə edən “Birləşmiş Millətlər Təşkilatının Miqrasiya üzrə Şəbəkəsi: İcmal”, “Miqrasiya ilə əlaqədar səhiyyə üzrə siyasətin uzlaşdırılması: çağırışlar və imkanlar” və  “Daxili köçürülmələrə cavab: Dövlətlərlə dialoq” mövzularında yüksək səviyyəli panellərin keçirilməsi nəzərdə tutulur.

Sessiya öz işini noyabrın 30-da yekunlaşdıracaq.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti